XX turun 4 oyunu canlı yayımlanacaq
Premyer Liqanın XX turunun 4 oyunu canlı yayımlanacaq. Bütün oyunları azarkeşlərə “İdman Azərbaycan” təqdim edəcək.

Kanal şənbə günü saat 14.00-da “Bakı” – AZAL oyununu efirə verəcək. Bundan iki saat sonra “Qarabağ” – “Sumqayıt” matçı yayımlanacaq.

Bazar günü saat 15.00-da “Simurq” – “Neftçi” qarşılaşmasını “İdman Azərbaycan”dan izləmək mümkün olacaq. Saat 17.00-da isə “İnter” – “Qəbələ” oyunu efirə çıxacaq.

Xəbər 825 dəfə oxundu.