Qobustanda “Qol gücü” idman növü üzrə çempionat
Fevralın 10-da Qobustan rayon Mədəniyyət evində “Qol gücü” idman növü güclüləri və respublika miqyaslı turnirlərdə iştirak edəcək idmançıları müəyyənləşdirmək məqsədi ilə rayon çempionatı keçirilib. Çempionatda rayonun 12 yaşayış məntəqəsindən 62 nəfər idmançı çıxış edib.

Ayrı-ayrı çəki dərəcələrində R. Şahniyarov, N.Baxışov, M.Xanəliyev, R.Abdurrəhimov və F.Atakişiyev qalib gələrək Gənclər və İdman idarəsinin təsis etdiyi qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılıblar.

Xəbər 1115 dəfə oxundu.