Xəzər rayonunda final mərhələsi keçirilib
12-13 fevral tarixlərdə Xəzər rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə rayon məktəbliləri arasında bədən tərbiyəsi və idmanı daha da geniş təbliğ etmək, məktəblilərin fiziki cəhətdən inkişafını və sağlamlıqlarının qorunmasını təmin etmək, onların bədən tərbiyəsi və idmanla fəal məşğul olmalarını təmin etmək, istedadlı yeniyetmə və gəncləri aşkar etmək məqsədilə XXV Spartakiadanın Həndbol (oğlanlar və qızlar arasında) növü üzrə rayon final mərhələsi keçirilib.

237 №-li tam orta məktəbin idman bazasında keçirilən rayon final mərhələsində oğlanlar arasında 6 məktəb 72 nəfər idmançı, qızlar arasında 6 məktəb 72 nəfər idmançı öz qüvvəsini sınayıblar.

Yekun nəticələrə görə oğlanlar arasında 183, 237, 26, qızlar arasında 183,26,237 saylı orta məktəbin şagirdləri ilk üç yerlərə layiq görülüblər.

XXV Spartakiadanın Həndbol növü üzrə qaliblərinə Xəzər rayon Gənclər və İdman iarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri təqdim olunub.

Xəbər 1044 dəfə oxundu.