Ağcabədi rayonunda yarış keçirilib
Fevral 11-də Ağcabədi rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Karate-do idman növü üzrə uşaq, yeniyetmə və gənclər arasında açıq Kata yarışı keçirilib.

Ağcabədi Rayon Mərkəzi Stadionunda 30 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Rayonda Karate-do idmanın növünün inkişaf etdirilməsi olub.

Sonda 8-10 yaşlılar arasında Toğrul Qənbərov, Fazil Məmmədov, İbad Hacıyev, 11-14 yaşlılar arasında Xəyal Atakişiyev, Nicat Quluzadə, Murad Abbaslı, 15-17 yaşlılar arasında Adəm Məmmədov, Lazım Allahverdiyev, Razi Museyibli müvafiq olaraq ilk üç yerlərə layiq görülüblər.

Xəbər 898 dəfə oxundu.