Roberto Mançini həftəsonu qovula bilər
“Mançester Siti”nin baş məşqçisi Roberto Mançini həftəsonu qovula bilər. “FA Cup” çərçivəsində “Lids”lə qarşılaşacaq komanda mərhələ adlamayacağı halda rəhbərlik italyan mütəxəssisə qapını göstərəcək.

“Mançester Siti” Premyer Liqanın son turunda “Soutqempton”a uduzaraq, lider “Mançester Yunayted”in xal fərqini 12-yə yüksəltməsinə səbəb oldu. Bu məğlubiyyətlə rəhbərliyin səbr kasası da doldu. Komandanın Çempionlar Liqası və “Capital One Cup”la erkən vidalaşmasından, Premyer Liqada isə çempionluğun mümkünsüz hala gəlməsindən sonrakı yeganə ümidi “FA Cup”a qalıb. Bu turnirdəki uğursuzluq isə Mançinin sonu olacaq.

Artıq İngiltərə mətbuatı namizədlərin adını da açıqlamağa başlayıb. Məlumatlara görə, “Mançester Siti”nin baş məşqçi postuna əsas namizədlərdən biri Fatih Terimdi. “Qalatasaray”ın çalışdırıcısının mövsümün sonunda İngiltərə klubuna keçəcəyi deyilir. Terim özü isə bununla bağlı suala susaraq, cavab verməkdən imtina edib.

Xəbər 912 dəfə oxundu.