AZAL komandası heyətinə üç futbolçu cəlb edib
Bakının AZAL komandası qış transfer pəncərəsində heyətini gücləndirməkdə davam edir.

Paytaxt klubu mövsümün əvvəlini “Neftçi”də keçirmiş müdafiəçi Saşa Yunisoğlu ilə 6 ay + 1 il şərti ilə müqavilə bağlayıb.

Komanda həmçinin serbiyalı yarımmüdafiəçi Vladimir Boqdanoviç və ABŞ-dan olan Uilyam Conla da rəsmi müqavilə imzalayıb. Futbolçular 2,5 il AZAL-ın şərəfini qoruyacaqlar.

Artıq yeni futbolçuların AZAL-da hansı nömrə altında çıxış edəcəyi də müəyyənləşib. Belə ki, S.Yunisoğlu 77, V.Boqdanoviç 32, U.Con isə 28 nömrəsini seçiblər.

AzərTAc

Xəbər 1063 dəfə oxundu.