“İnter” braziliyalı futbolçunu heyətinə cəlb edib
Transfer pəncərəsinin bağlanmasına az qalmış Bakının “İnter” komandası yeni futbolçu ilə razılığa gəlib.

Gürcüstanın “Dinamo” (Tbilisi) komandasının üzvü Roberto Soares Anghinetti cari mövsümün sonunadək “İnter”in uğurları üçün çalışacaq. Braziliyalı futbolçu hücum mövqeyində oynayır.

Qeyd edək ki, qış fasiləsində komanda daha bir futbolçu - Yuri Fomenko ilə müqavilə imzalayıb.

AzərTAc

Xəbər 815 dəfə oxundu.