“Mançester Siti” çempionluqdan əl çəkmək üzrədi
Premyer Liqada artıq 3-cü oyununu da uda bilməyən “Mançester Siti” çempionluqdan əl çəkmək üzrədi. Komandanın baş məşqçisi Roberto Mançini 3:0 hesablı məğlubiyyətin ardından günahın futbolçularda olduğunu bildirib:

“Artıq işimiz çox çətindi. Əgər “Manester Yunayted” qalib gələrsı, o zaman ortada 12 xallıq fərq yaranacaq və bu da çempionluq üçün imkansıza çevriləcək. Futbolçular çox pis oyun göstərdi. Gücləri yox idi və buna görə də səhvlər etdik. Düşünürəm ki, biz meydanda 2-3 nəfər idik və təbii ki, 2-3 nəfərin 11 nəfərə qarşı oynamağı çox çətindi. Bu bizim son 2-3 ildəki ən pis çıxışımız oldu”.

Xəbər 883 dəfə oxundu.