Gədəbəydə stolüstü tennis üzrə rayon birinciliyi
Gədəbəy rayonunda 15-18 yaşlı oğlanlar və qızlar arasında stolüstü tennis üzrə rayon birinciliyi keçirilib.

Gədəbəy RKİM-nin idman zalında 27 idmançının iştirakı ilə keçirilən yarışın məqsədi rayonda stolüstü tennis idman növünün inkişaf etdirilməsi və respublika yarışlarında iştirak etmək üçün güclü idmançıları müəyyən edilməsidir.

Sonda qaliblər Gənclər və İdman idarəsi tərəfindən fəxri fərmanlarla mükafatlandırılıblar.

Xəbər 931 dəfə oxundu.