Goranboyda futbol üzrə yoldaşlıq görüşü keçirilib
31 yanvar "N" saylı hərbi hissənin yaranmasına həsr olunmuş futbol üzrə yoldaşlıq görüşü keçirilib.

Goranboy rayon Qızılhacılı qəsəbəsində 32 idmançının iştirakı ilə keçirilən yarışın məqsədi hərbi hissənin yaranmasının qeyd olunması, əsgərlərin fiziki hazırlığının daim diqqətdə saxlanılması, dostluq və yoldaşlıq əlaqələrinin gücləndirilməsi, komanda idman növünün təbliği, əsgər və zabitlərin asudə vaxtının səmərəli təşkilidir.

Sonda qalib komanda Gənclər və İdman İdarəsinin fəxri fərman və qiymətli hədiyyəsi ilə mükafatlandırılıb.

Xəbər 918 dəfə oxundu.