Jak Roqqun «Pyenqçanq-2018» səfəri
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq Koreyaya rəsmi səfər edib. Səfər çərçivəsində Pyenqçanqda keçiriləcək 2018-ci il Qış Olimpiya Oyunlarında yarış məkanlarına baş çəkib. Ona Qanqunqda buz yarışlarının keçiriləcəyi məkanlar haqqında geniş məlumat verilib. Bunun xüsusilə Dünya Xüsusi Olimpiya komitəsi tarixində əlamətdar hadisə olacağını vurğulanıb. Səfəri müddətində Beynəlxalq Olimpiya Komitəsinin prezidentinə “Alpensiya qrupu” adlandırılan qar və buz üzərində oyunların yerləri haqqında ətraflı məlumat verilib.

Səfərdən sonra fikirlərini ictimaiyyətlə bölüşən Roqq deyib:

- 2011-ci ildə Durbanda seçildiyi ildən bəri Pyenqçanq çox irəliləyişlər əldə edib. Əminəm ki, 2018-ci ilin yarışları konseptuallığı və məkanlarının bir-birinə yaxınlığı ilə idmançıları heyran edəcək.

Qanqunqda Oyunların Təşkilat Komitəsinin baş katibi Donq Hu Mun Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Roqqu yeni tikiləcək buz meydançalarının planları haqqındada geniş məlumatlandırıb. Bura konkisürmə, şort-trek, fiqurlu sürüşmə və hokkey meydanları daxildir. Prezident burada təşkil olunmuş şort-trek oyunlarında iştirak edib. “Alpensiya qrupu“ ilə bağlı geniş brifinq keçirilib. Roqq səfəri müddətində mövcud olan xizəksürmə, dağ xizəyi, snoubord oyunlarının keçirilməsi üçün nəzərdə tutulmuş yerləri də gəzib.

Aynurə Pənahqızı

Xəbər 2392 dəfə oxundu.