Soçidə olimpiya halqaları quraşdırılıb
Soçidə 22-ci Qış Olimpiya Oyunlarının başlanmasına bir il qalmış olimpiya halqalarının quraşdırılmasına başlanılıb. Bu, Soçidə quraşdırılmış ilk olimpiya halqaları olacaq. Beş rəngdən ibarət olan nəhəng halqalar şəhərə gələcək qonaqları və idmançıları Soçi hava limanına daxil olarkən salamlayacaq.

Son illər halqaların quraşdırılması bir ənənəyə çevrilib. Çünki o, olimpiya oyunların əsas rəmzinə çevrilib. Soçidə halqalırn ölçüsü 19x9 metr, diametri 6 metrdir. Onlar London-2012-nin əsas halqalarından da böyükdür. Axşamlar həmin halqalar işıqlandırılaraq şəhəri daha da gözəlləşdirəcək.

Müasir olimpiya oyunlarının rəsmi emblemi hesab olunan halqalar olimpiya hərəkatının fəaliyyətini, beş qitənin birliyini təmsil edir.

Ənənəvi olaraq, olimpiya halqaları olimpiya oyunlarına ev sahibliyi edən hər bir şəhərdə olur.

Aynurə Pənahqızı

Xəbər 1148 dəfə oxundu.