«Barselona» diqqətini Hummelsə yönəldib
Mönxenqladbax «Borussiya»sının müdafiəçisi Mets Hummels yayda İspaniya çempionatına keçə bilər. İdman.com.az saytı xəbər verir ki,24 yaşlı futbolçuya «Barselona» maraq göstərir.

Onun köməkliyi ilə kataloniyalılar müdafiə xəttini gücləndirmək fikrindədilər. Bu transferin dəyəri 30 milyon avro dəyərində qiymətləndirilir. Hummels kataloniyalıların heyətində Karles Puyolu əvəzləyə bilər. Puyol son zamanlar «Barselona»nın zədəlilər düşərgəsində çox vaxt keçirir.

Xəbər 895 dəfə oxundu.