De Xea «Atletiko»ya dönə bilər
«Mançester Yunayted»in qapıçısı David De Xeanın gələcəyi hələ də qaranlıq qalmaqdadı. Klubdan ispan qolkiperlə vidalaşmaq planının olmadığı söylənilsə də, mətbuatda qapıçının doğma «Atletiko»sunna dönəcəyi yazılır.

Manukiyalılar De Xeanı 2011-ci ildə 20 milyon avroya məhz bu klubdan alıblar. İdman.com.az saytı xəbər verir ki, bu günlərdə «Mançester Yunayted»in yayda Asmir Beqoviçi sıralarına qatacağı, «Atletiko»nun isə Tibo Kurtuanın əldə edilməsi yolunda hələ də razılığa gəlmədiyi yazılmışdı.

Xəbər 1519 dəfə oxundu.