Zanetti Maldinini kölgədə qoymaq istəyir
Milan «İnter»inin kapitanı Havyer Zanetti həmin şəhərin digər nəhəngi «Milan»ın keçmiş kapitanı Paolo Maldininin rekordunu təzələmkədən ötrü hər şeyə getməyə hazırdır.

Söhbət «A» Seriyada ən çox oyun keçirməkdən gedir. Argentinalının hazırda İtaliya çempionatında 595 oyunu var və hazırda o, bu göstəriciyə görə 2-ci pillədədi. İlk sırada olan Maldininin göstəricisi isə 647 oyundu.

Zanetti «Gazzetta dello Sport»a müsahibəsində deyib: «Əgər nə vaxtsa Maldininin göstəricisinə yaxınlaşaramsa, rəmzi bir müqavilə bağlayaram ki, həmin rekordu təzələyim».

İdman.com.az saytının məlumatına görə, istənilən halda, Zanetti, ən azından «A» Seriyanın əcnəbilər arasında rekordçusudur.

Xəbər 1033 dəfə oxundu.