Dopinq İspaniyaya çatdı
İspan mətbuatına «Real Sosyedad»ın keçmiş prezidenti, hazırda yerli PFL rəhbəri Xose Luis Astiasaranın bədnam tanınan həkim Eufemiano Fuentesdən dopinq preparatları almasına dair dolayı məlumat sızıb. Ölkədə «Real Sosyedad»ın hazırkı prezidenti İnyaki Badiolanın sələfinin qadağan olunmuş dərmanlar aldığını söyləməsindən vəziyyət gərginləşib.

Badiola bu işlərin 2002-2007-ci illərdə olduğunu deyib. «El Pais» nəşrinin əlinə də Astisaranın dərmanları almasını dolayı təsdiqləyən sənədlər keçib. Həkim Fuentasın kağızları arasında «Atsi» adlı birisinin hesablarını ödəməsi barədə sənədlər üzə çıxıb. Məhz bu sənədlərin tarixi ilə də «Real Sosyedad»ın Astiasaran tərəfindən imzalanmış «dərman alışına» məsrəfləri üst-üstə düşür.

Astiasaranın taleyini ilk növbədə PFL-dəki həmkarları müəyyən etməlidilər. Bir neçə aydan sonra liqada prezident seçimləri başlayacaq.
Bu işlə artıq WADA da maraqlanıb və İspaniyadakı dopinq əleyhinə agentliyə araşdırma aparmağı tapşırıb. Həkim Fuentasın dopinq qəbul etmiş futbolçuların adlarını açıqlaması gözlənilir. Ona qarşı hələ 2006-cı ildə velosipedçi Xesus Mansanonun dopinqdə ilişməsindən sonra məhkəmə işi qaldırılmışdı. Fuentasın işindi İtaliya «Milan»ının da adı hallanır.

İdman.com.az saytının məlumatına görə, «Real Sosyedad» 10 il qabaq indikindən daha güclü oyun göstərirdi. 2002-2003-cü illər mövsümündə «Real»dan cəmi 2 xal geri qalaraq La Liqada ikinci yeri tutmuşdu. Ovaxtkı komandada Nihat – Darko Kovaçeviç cütlüyü parlayırdı. Onlar ikilikdə 43 qol vurmuşdular. Maraqlıdı ki, bir il sonra komanda elitada yerini çətinliklə qorudu.

Xəbər 985 dəfə oxundu.