Abramoviç nəzərlərini Pelleqriniyə salıb
İspaniyada yayımlanan xəbərə görə, «Çelsi»nin sahibi Roman Abramoviçin Madrid «Real»ının sükançısı Joze Maurinyonun geri qaytarılması şayiələrinin baş almasına baxmayaraq, rusiyalı milyardçının nəzəri «Malaqa»nın sükanında olan çilili mütəxəssis Manuel Pelleqrinidədir.

Pelleqrininin nümayəndələri ilə danışıqlar artıq başlayıb. «Real»ın keçmiş baş məşqçisi daha əvvəl Premyer Liqaya köçünü güman edərək, ingilis dilini öyrənmişdir.

İdman.com.az saytının məlumatına görə, Pelleqrininin pərəstişkarları arasında «Mançester Yunayted»in baş məşqçisi ser Aleks Ferqyuson da var. O, çilili mütəxəssisi daha öncə qüvvəsini Premyer Liqada sınamağa dəvət etmişdi.

Xəbər 861 dəfə oxundu.