Messi imza qoydu
İspan «Barselona»sının forvardı Lionel Messi dünən komandası ilə yeni müqaviləyə imza atdı. İdman.com.az saytının məlumatına görə, 4 «Qızıl top» sahibinin müqaviləsi 2018-ci il iyunun 3-dək olan müddətə nəzərdə tutulub.

İmzalama mərasimi «Barselona»nın ofisində klub prezidenti Sandro Rossel, vitse-prezident Xosep Mariya Bartomeu və idman direktoru Andoni Subisarretanın iştirakı ilə keçirildi.

Beləliklə, Messi komandasında ömrünü daha iki il uzatdı. Onnu klubla öncəki müqaviləsi 2016-cı ilin 30 iyununadək idi. Argentinalı futbolçu «Barselona»ya 13 yaşından gəlibvə əsas komandada debütünü 16 yaşında ikən edi. Onun yeni müqaviləsi bitəndə isə 31 yaşı olacaq.

Xəbər 1025 dəfə oxundu.