"Arsenal"ın əfsanələri geri dönür
Əfsanəvi futbolçuları – Denis Berkamp və Patrik Vyera yenidən “Arsenal”a qayıda bilər.

Hər iki sabiq oyunçu London klubunda işləməyə namizəddir. “Arsenal”ın gənclərdən ibarət komandasının hazırkı məşqçisi Liam Breydin gedişindən sonra veteran futbolçulardan biri onu əvəzləyəcək. "Topçular"ın azarkeşlərinin əksəriyyəti Berkampa üstünlük verib. Onların fikrincə, hollandiyalı futbolçunun təcrübəsi daha çoxdu və o, Vyera kimi "Arsenal"ı satmayıb. Çünki Vyera 2011-ci ildən “Mançester Siti”nin uğurları üçün çalışır.

Xəbər 960 dəfə oxundu.