Ufuk Budak hələ məşqlərə qatılmır
Türkiyənin “Eskişəhərspor” klubu Super Liqanın “Gənclərbirliyi” ilə oyununun hazırlıqlarını davam etdirir. Millimizin üzvü Ufuk Budak hələ məşqlərə qatılmır.

Ötən ilin sentyabrında yığmamızın düşərgəsində zədələnən futbolçu komandanın ötən günkü məşqində iştirak etməyib. Klubun rəsmi sytının məlumatına görə, müalicəsi davam edən Ufukla yanaşı, Qana millisinin düşərgəsində olan Cerri Akaminko da hazırlığa qatılmayıb.

Xəbər 889 dəfə oxundu.