“Neftçala” daha iki yoxlama oyunu keçirəcək
Antalyada təlim-məşq toplanışında olan “Neftçala” daha iki yoxlama oyunu keçirəcək. Baş məşqçi Kamal Ələkbərov yetirmələrini Makedoniya və Avstriya klubları ilə oyunda sıqayacaq.

Belə ki, “Neftçala” Makedoniya 1-ci liqasının lideri “Rinija Qostivar” və Avstriyanın Erste Liqa adlanan 1-ci liqasının təmsilçisi “Linsk”lə qarşılaşacaq.

Qeyd edək ki, “Neftçala” Antalyadakı ilk oyununu Avstriyanın Erste Liqasında “Qrodiq”qarşı keçirib – 0:0. “Rinija Qostivar” isə dünən “Qaradağ”la qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub.

Xəbər 865 dəfə oxundu.