“Qaradağ” ikinci yoxlama oyununu keçirib
Antalyada təlim-məşq toplanışında olan “Qaradağ” ikinci yoxlama oyununu keçirib. Lökbatan təmsilçisinin bu dəfəki rəqibi Makedoniya klubu olub.

Belə ki, baş məşqçi Adil Mahmudov yetirmələrini Makedoniya 1-ci liqasının lideri “Rinija Qostivar”la oyunda sınayıb. Oyun “Qaradağ”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Təmsilçimizin heyətində hər üç qolu Novruz Ələkbərov vurub.

Qeyd edək ki, “Qaradağ” ilk sınaq matçında Almaniyanın “Steynbax” klubu ilə qarşılaşmış və 3:0 hsabı ilə qalib gəlmişdi.

Xəbər 831 dəfə oxundu.