Vidakoviçin yeni iş yeri müəyyənləşib
“Rəvan”dan ayrılan Nemanya Vidakoviçin yeni iş yeri müəyyənləşib. Serb futbolçu karyerasını vətənində davam etdirəcək.

Belə ki, 27 yaşlı hücumçu Serbiyanın Super Liqa təmsilçisi “Novi Pazar”a keçib. Bu barədə novosti.rs saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Vidakoviç artıq yeni klubu ilə rəsmi müqavilə imzalayıb.

Qeyd edək ki, Vidakoviç ötən il Serbiyanın “Borats” klubundan gəlmişdi. Bakı təmsilçisinin heyətində 26 oyun keçirib 7 qol vuran hücumçu əvvəllər Serbiyanın “Obiliç”, Rumıniyanın “Panduri”, “CSM Ramniku”, “Qaz Metan”, Slovakiyanın isə “DAC Dunajska” klublarında çıxış edib. O, bir müddət əvvəl Qazaxıstanın “Ordabası” klubunda baxışdan keçmişdi.

Xəbər 905 dəfə oxundu.