“Kəpəz” 2 futbolçu transfer edib
“Kəpəz”in əvəzedici heyəti sıralarına yeni futbolçular cəlb edib. Komanda fasilə müddətində iki oyunçu ilə güclənib.

Bunlar qapıçı Novruz Rəhimov və yarımmüdafiəçi Elşad Əliyevdi. Rəhimov Gəncə futbol məktəbinin yetirməsidi. O, hərbi xidmətdən qayıdıb. Qolkiper əsgərliyə gedənə kimi “Qəbələ” Futbol Akademiyasının üzvü olub. Əliyevin son iş yeri isə MOİK olub.

Xəbər 926 dəfə oxundu.