Milli komandamızı Ankaraya çağırıblar
Türkiyənin paytaxtı Ankarada kişilər arasında sərbəst güləş üzrə “41-ci Beynəlxalq Yaşar Doğu Turniri” keçiriləcək. Yarışa milli komandamız da qatılacaq.

Yığmamızla yanaşı turnirdə Albaniya, Kanada, Qırğızıstan, Qazaxıstan, Slovakiya, Özbəkistan, Gürcüstan, Rusiya, Makedoniya və Monqolstan milliləri iştirak edəcək. Daha öncə yarışa qatılacağını açıqlayan ABŞ isə qərarını dəyişərək, Ankaraya gəlməkdən imtina edib.

Xəbər 902 dəfə oxundu.