Şəki şəhərində rayon birinciliyi keçirilib
7 fevral Şəki şəhəri üzrə ümumtəhsil məktəbləri arasında “Cəsurlar” hərbi - idman və turizm oyunu üzrə rayon birinciliyi keçirilib. Şəki şəhər stadionunda 170 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi gənclərə hərbi vətənpərvərlik tərbiyəsini aşılamaq, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək, perspektiv idmançıları aşkar edərək zona komandasına cəlb etməkdir.

Sonda 11 saylı məktəb birinci yerə, 19 saylı məktəb ikinciyə, 10 saylı məktəbin komandası üçüncü yerə layiq görülüblər.

Xəbər 867 dəfə oxundu.