Salyan rayonunda voleybol üzrə turnir keçirilib
6 fevral Salyan rayon Gənclər və İdman İdarəsinin və 5 saylı Cəzaçəkmə müəssisəsinin təşkilatçılığı ilə cəzaçəkmə müəssisəsində məhkumların asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin aşılanması məqsədilə voleybol üzrə turnir keçirilib.

Tədbirdə RİH-nin İctimai – siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Məhərrəm Məmmədov, Gİİ-nin rəisi Araz Hüseynov, Salyan OİK-nin direktor müavini, voleybol müəllimi Məhərrəm Abuşov, 5 saylı CM-nin rəis müavini Adil Ağayev, CÇM-nin əməkdaşları və 65 məhkum iştirak edib.

8 komandanın qatıldığı yarışlar gərgin mübarizələrlə davam edib.
Sonda Azadlıq komandası üçüncü yerə,Cəsurlar ikinciyə, Ümid isə üçüncüyə layiq görülüblər.

Qaliblər Gİİ tərəfindən diplom və CÇM-si tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 1290 dəfə oxundu.