Futbol üzrə "Coca-Cola Məktəbli Kuboku" yarışlarına yekun vurulub
“Coca-Cola” şirkətinin rəsmi sponsorluğu ilə rayon ümumtəhsil məktəblərinin V-VII sinifləri arasında 13 dekabr 2012-ci il tarixindən start götürmüş Futbol üzrə "Coca-Cola Məktəbli Kuboku" yarışlarına yekun vurulub.

Siyəzən rayon Gənclər və İdman idarəsinin AFFA ilə birgə təşkil etdiyi kubokda birincilik uğrunda ümumtəhsil məktəblərinin 23 komandası mübarizə aparıb. 250-dən çox məktəblinin iştirak etdiyi kubokda olimpiya sistemi üzrə ümumilikdə 22 oyun baş tutub.

7 fevral V siniflər üzrə Yenikənd kənd və şəhər 3 saylı tam orta məktəblərinin, VII siniflər üzrə isə şəhər 4 və 6 saylı tam orta məktəblərinin komandaları arasında final görüşləri keçirilib.

Gərgin mübarizə şəraitində keçən finalda Yenikənd kənd və şəhər 6 saylı tam orta məktəblərin komandaları qalib gələrək, “Coca-Cola Məktəbli Kuboku”nun qalibi olublar.

Yarışların sonunda I yeri tutmuş komandaların üzvləri fəxri fərman və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 1147 dəfə oxundu.