Qol güləşi üzrə qaliblər mükafatlandırılıblar
“Ağ at” İdman klubunda qol güləşi üzrə keçirilən Bakı şəhər açıq çempionatı başa çatıb.

Çempionatda “Məhsul”, “Saleh”, “Rauf”, “Emir” idman klublarını təmsil edən 80 nəfər müxtəlif çəki dərəcələrində mübarizə aparıb.

Nəticələrə görə Vilayət Namazzadə, Bəxtiyar İbrahimli, Ümid Quliyev, Hicran Ağayev, Ənvər Hüseynov, Azad Ələsgərov, Şahin Vazehi, Həbib Muradov, Tamerlan Xanlarov, Vüsal Cəmilov və Seymur Yaqubov birinci yerlərə layiq görülüblər.

Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunub.

AzərTAc

Xəbər 1041 dəfə oxundu.