Qazaxda şahmat üzrə rayon turniri keçirilib
26 yanvar - 2 fevral tarixlərində Qazax şəhər Şahmat Mərkəzində oğlanlar və qızlar arasında şahmat üzrə rayon turniri keçirilib.

28 nəfər idmançının iştirakı ilə keçirilən turnirdə oğlanlardan Kənan İsayev birinci yerə, Fərid Məmmədov ikinciyə, Nazim Hadıyev, Aqil Həsənov üçüncüyə, qızlardan Nailə Qasımova birinci yerə, Sevinc Abışova ikinciyə, Lalə Səmədova üçüncü yerlərə layiq görülüblər.

Sonda qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.

Xəbər 2854 dəfə oxundu.