“Rəvan” heyətinə daha bir futbolçu qatır
“Rəvan” heyətinə daha bir futbolçu qatır. Paytaxt klubu Litva milli komandasının üzvü Mindauqas Kalonasla müqavilə bağlamağa hazırlaşır.

28 yaşlı futbolçu dünən komandanın düşərgəsinə gəlib və məşqdə iştirak edib. Onunla rəsmi müqavilənin imzalanacağı gözlənilir.
Kalonas ötən ilin yanvarında “Qarabağ”da baxışda olub. Lakin Qurban Qurbanov bu futbolçunun oyununu bəyənməyib.

Litvalı hücumçu kifayət qədər zəngin karyeraya sahibdi. Belə ki, o, karyerası ərzində vətənində “Jalgiris”, Latviyada “Metallurq” (Liepaya), “Riqa”, Rusiyada “Dinamo” (Moskva), “Saturn”, “Rubin”, “Kuban”, Portuqaliyada “Braqa”, İrlandiyada “Bohemians” və Ukraynada “Metallurq” (Zaporiji) klublarının şərəfini qoruyub. Onun son iş yeri Polşa “Stomil”i olub.

Kalonas Litva milli komandasının üzvüdü. 2006-cı ildən yığmaya çağırılan futbolçu 33 oyunda 2 qol vurub.

Xəbər 831 dəfə oxundu.