Ramil Əliyev yapon futbolçunu bəyənmədi
“Rəvan”ın baş məşqçisi Ramil Əliyev baxışda olan futbolçu barədə qərar verib. Baş məşqçi yapon müdafiəçi Naoya Şibamuranı bəyənməyib. Bu səbəbdən 31 yaşlı futbolçu geri qaytarılıb.

Qeyd edək ki, Şibamuranın son klubu Özbəkistanın “Buxoro” kollektivi olub. O, həmçinin “Albirex Niiqata” (Sinqapur), “Avispa Fukuoka” (Yaponiya), “Tokuşima Vortis” (Yaponiya), “Qaynare Tottori” (Yaponiya), “Fujieda MYFC” (Yaponiya), “Ventspils” (Latviya), “Paxtakor” (Özbəkistan) kimi klublarda da top qovub.

Xəbər 884 dəfə oxundu.