Afrika Millətlər Kubokunun finalçıları
Afrika Millətlər Kubokunun finalçıları müəyyənləşib. Ötən axşam yarımfinal oyunları keçirilib.

Nigeriya gözlənildiyi kimi Malidən üstün olub – 4:1. Turinin əsas favoriti Kot`D-İvuarı sıradan çıxaran Burkina Faso daha bir iddialını – Qananı CAR-dan yola salıb. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penalti seriyasında isə Burkina Faso üstün olub.

Beləliklə, fevralın 9-da keçiriləcək üçüncü yer uğrunda oyunda Mali və Qana, bir gün sonra baş tutacaq finalda isə Nigeriya və Burkina Faso qarşılaşacaq.

Afrika Millətlər Kuboku
Yarımfinal
6 fevralı
Mali – Nigeriya 1:4
Qollar: Madi Diarra, 75 – Elderson, 25. Broun İdeye, 30. Emmanuel Emenike, 44. Ahmed Musa, 60.
Burkina Faso – Qana 1:1 (penaltilərlə 4:3)
Qollar: Aristide Banke, 60 – Mubarak Vakaso, 13-pen.

Xəbər 820 dəfə oxundu.