“Xəzər Lənkəran” da növbəti transfer
Hücumçu axtarışlarını davam etdirən “Xəzər Lənkəran” növbəti transferini reallaşdırmağa hazırlaşır. Lənkəran klubunun bu dəfəki transferi də əcnəbi olacaq.

Məlumata görə, Karles Bakesin rəhbərlik etdiyi komanda heyətinə argentinalı forvard qatır. Onun adı açıqlanmasa da, sabah və ya birigün komandanın düşərgəsində olacağı, həmçinin birbaşa müqaviləyə imza atacağı deyilir.

Onun son olaraq Çin çempionatının yüksək liqasında mübarizə aparan komandalardan birində çıxış etdiyi deyilir.

Xəbər 876 dəfə oxundu.