“Kəpəz” heyətə təcrübəli futbolçu cəlb edib
Qış fasiləsi dövründə transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətə təcrübəli futbolçu cəlb edib. Sonuncu klubu “Bakı” olan Cəmşid Məhərrəmov Gəncə klubunu gücləndirib.

Müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Baş məşqçi Mahmud Qurbanovun dəvəti ilə gələn Məhərrəmov artıq iki gündü ki, “Kəpəz”in məşqlərində iştirak edir.

Xəbər 808 dəfə oxundu.