Azərbaycan Kuboku turnirinə yekun vurulub
AFFA tərəfindən təşkil olunmuş U-14 Azərbaycan Kuboku turnirinə yekun vurulub. Üçüncü yer uğrunda oyunda “İnter” 1:0 hesabı ilə Cənub yığmasını məğlub edib.

Finalda isə “Neftçi” və Qərb yığması qarşılaşıb. “Neftçi” 2:1 hesablı qələbə qazanaraq, turnirin qalibi olub. Final qarşılaşması başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.

Xəbər 805 dəfə oxundu.