“Qarabağ” və “İnter”in futbolçuları Albaniyada görüşüblər
Azərbaycan Premyer Liqasında çıxış edən iki futbolçu – “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli və “İnter”İn müdafiəçisi İlya Kandelaki fevralın 6-da Albaniya və Gürcüstan milli komandalarının görüşündə üz-üzə gəliblər.

Kandelaki səfərdə Albaniyanı 2:1 hesabı ilə məğlub edən Gürcüstan yığmasının əsas heyətində meydana çıxıb. 46-cı dəqiqədə isə o, Kvirkeliya ilə əvəzlənib.

Ansi Aqolli də Albaniya millisinin əsas heyətində oyuna çıxıb. 73-cü dəqiqədə onun yerinə meydana Arapi daxil olub.

Xəbər 939 dəfə oxundu.