UEFA PSJ və “Mançester Siti”ni hədələdi
UEFA-nın yayımladığı son maliyyə fair-plalı ilə bağlı hesabatda 20 klubun avrokuboklardan kənarlaşdırılmasının gündəmə gəldiyi bildirilib. Avropa futbol qurumu “Mançester Siti” və PSJ başda olmaqla bəzi klublara maliyyə fair-playına əməl etmədiyinə görə xəbərdarlıq edib.

Hesabatda Avropa klublarının 2007-2011-ci illərdə ümumi zərərinin 0,52 milyard dollardan 1,7 milyarda qalxdığı bildirilib. UEFA son 3 illik nəticələrə əsasən 20 Avropa klubunun qaydalara əməl etmədiyini açıqlayıb.

UEFA-nın baş katibi Gianni İnfantino bu böyüklükdə zərərin son dərəcə həyacanlı olduğunu deyib. Qurum rəsmisi qeyd edib ki, klublar öz üzərilərinə düşən məsuliyyətə əməl etmədikcə, itirən futbol oyunu olacaq.

630 kluba eyni səviyyədə münasibət göstərmək məcburiyyətində olduqlarını bildirən İnfantino “Beşiktaş”, “Malaqa” və “Reyncers”ə tətbiq olunan cəzaların qaydalara əməl etməyən digər klubları da gözlədiyini deyib. Haqsız sponsorluq gəlirləriylə nəzarətsiz pul xərcləyən klubların əvvəl-axır iflas etdiyini qeyd edən İnfantino tədricən böyümə üçün “Arsenal”, “Borussiya” (Dortmund) və “Bavariya”nı örnək göstərib.

Xəbər 853 dəfə oxundu.