Paralimpiya oyunları çempionlarına Azərbaycan Respublikası Prezidentinin xüsusi Olimpiya təqaüdlərinin verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanın Olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında” 10 oktyabr 2002-ci il tarixli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycanın aşağıdakı Paralimpiya oyunları çempionlarına Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdləri verilsin:
Panyutin Oleq Viktoroviç
Zəkiyev İlham Əzizağa oğlu
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 fevral 2008-ci il.

Xəbər 1056 dəfə oxundu.