Qaskoyn ölüm ayağında
İngiltərə yığmasının keçmiş ulduzu Pol Qaskoyn ölüm ayağındadır. İdman.com.az saytının məlumatına görə, bunu 45 yaşlı ulduzun agenti Terri Beyker deyib. Qaskoynun içki aludəçiliyi hər kəsə məlumdu. Məhz bu səbəbdən də, keçmiş futbolçu tez-tez qəzet səhifələrndə «hadisələr» bölməsinə düşür.

Bu yazılarda onun sərxoş avtomobili darə etməsindən, barda dava salmasından, otellərdəki qalmaqallarından söz açılır. Beyker futbolçunun hazırkı durumu barədə deyib: «Britaniya! Sənin qəhrəmanın dərddədi! Hədsiz çox içki içməklə onun psixikası ilə problemlər yaranıb. Ona təcili tibbi müdaxilə gərəkdi. Əks halda öləcək».

Qaskoyn karyerasını 2005-ci ildə başa vurub və ondan sonra aşkar içməyə başladı. Daha öncə bu işlə ancaq gizli şəkildə məşğul olurdu.
Futbol oynadığı dövrdə Qaskoyn 57 dəfə İngiltərə yığmasının formasını geyinib və 10 qol vurub. Onun ən yaddaqalan qolu 1996-cı il Avropa çempionatında Şotlandiya yığmasının qapısına vurduğu qoldur.

Xəbər 1022 dəfə oxundu.