Neymar Avropaya gəlir
İspaniya La Liqasının şəksiz lideri «Barselona» «Santos»un braziliyalı fenomeni Neymarı Konfederasiya Kubokundan sonra heyətinə qatacaq. İddialara görə, «Santos»un superulduzu bu yaz «Barselona» ilə müqavilə imzalayacaq. Braziliyadakı Konfederasiya Kubokuna qatılacaq olan Neymar, turnirdən dönərkən Tito Vilanovanın komandasına qatılacaq.

Katalan mediasında yayılan xəbərlərə görə, Neymar daha əvvəl «Santos»dan ayrılacağı xəbərlərini rədd edib, 2014-cü il dünya çempionatına qədər qətil şəkildə «Santos»da oynayacağını açıqlasa da, qəzetlərin əldə etdiyi məlumata görə, Braziliya çempionatının qol kralı mövsümün sonuna «Kamp Nou»ya gedəcək. Bu transferi reallaşdırmaq üçün uzun müddətdir səy göstərir.

İdman.com.az saytının məlumatına görə, «Santos» infrastrukturunda yetişən və 17 yaşında peşəkar futbol həyatına başlayan Neymar, 27 dəfə Braziliya millisinə çağırılıb və 17 qol vurub.

Xəbər 866 dəfə oxundu.