İbrahimoviçin «Yuventus»a keçidi istisna deyil
«Pari Sen Jermen»in isveçli ulduzu Zlatan İbrahimovicin gələcəyi ilə əlaqədar maraqlı açıqlamalar gəlir. İdman.com.az saytının məlumatına görə, futbolçunun meneceri Mino Raiola 31 yaşlı futbolçu üçün PSJ-nin karyerasındakı son klub olmayacağını söyləyərkən, «Zlatan «Yuventus»a keçə bilərmi?» sualının qarşılığında «Hər şey ola bilər. Heç bir şey qeyri-mümkün deyil» cavabını verib.

Bu açıqlama Turin fanatlarını həyəcanlandırdı. Zlatan Ibrahimovic də keçən günlərdə «Gazzetta dello Sport»a verdiyi açıqlamada PSJ-nin son komandası olmayacağını demişdi: «İtalyan futbolunu izləyirəm, ora mənim üçün ikinci evimdir».

Zlatan İbrahimoviç 2004-cü ildə «Ayaks»dan «Yuventus»a 16 milyon avro, 2006-da isə «Yuventus»dan «İnter»ə 25 milyon avro qarşılığında transfer olunmuşdu.

Xəbər 887 dəfə oxundu.