Millimiz Rusiya klubu ilə oynayacaq
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Open Beach Soccer League 2013” turnirində bu gün ilk oyununu keçirəcək.

Millimiz Rusiyanın "Podvodnik" (Yaroslavl) klubu ilə qarşılaşacaq. Oyun saat 18:30-da başlayacaq.

1-ci qrupda mübarizə aparan millimizin digər rəqibləri "Elmont" (Moskva) və "Golden" (Sankt-Peterburq) klublarıdır.

Xəbər 809 dəfə oxundu.