"İnter" məşqlərə başladı
Türkiyədə təlim-məşq toplanışını yekunlaşdıraraq vətənə qayıdan "İnter" bu gün məşq prosesini yenidən bərpa etdi. "Şəfa" stadionunda bir araya gələn komanda növbəti oyunun hazırlıqlarına başladı.

Xatırladaq ki, "İnter" Premyer Liqanın 19-cu turu çərçivəsində "Xəzər-Lənkəran" komandasıyla qarşılaşacaq. Oyun Lənkəran şəhər stadioununda saat 16.00-da baş tutacaq.

Xəbər 784 dəfə oxundu.