“Qaradağ” ilk yoxlama oyununu keçirib
Antalyada təlim-məşq toplanışında olan “Qaradağ” ilk yoxlama oyununu keçirib. Baş məşqçi Adil Mahmudov yetirmələrini Almaniyanın “Steynbax” klubu ilə oyunda sınayıb.

Qarşılaşma Lökbatan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Antalyadakı Emirxan İdman Kompleksində baş tutan oyunda Almaniya klubunun qapısına iki dəfə Emin Əmiraslanov, bir dəfə Novruz Ələkbər yol tapıb.

Xəbər 783 dəfə oxundu.