Uattara karyerasını Azərbaycanda davam etdirə bilər
Burkina Faso yığmasının heyətində Afrika Millətlər Kubokunda çıxış edən İsuf Uattara karyerasını Azərbaycanda davam etdirə bilər. 25 yaşlı hücumçu klublarımızdan birinə təklif olunub.

Bu barədə Uattaranın çıxış etdiyi Bolqarıstan “Çernomorets” klubunun icraçı direktoru Plamen Kiryakov məlumat verib. Klub rəsmisi bildirib ki, futbolçunun “Mersin İdman Yurdu”na keçidi gözlənilirmiş. Amma onun Afrika Millətlər Kubokuna qatılması transferini əngəlləyib. İndi hücumçu Rusiya, Ukrayna, Azərbaycan və Çin klublarına da təklif etmişik. “Çernomorets” futbolçusuna görə 500 min avro istəyir.

Qeyd edək ki, Uattaranın çıxış etdiyi Burkina Faso yığması Afrika Millətlər Kubokunun yarımfinalına çıxıb. O, qrup oyunlarında ehtiyatda qalsa da, 1/4 finalın Toqo ilə matçında start heyətində yer alıb və 66 dəqiqə oynayıb. Futbolçu qarşılaşmanın 13-cü dəqiqəsində sarı vərəqə alıb.
25 yaşlı futbolçu karyerası ərzində vətənində “Etoile” (2007-2008), Portuqaliyada “Uniao Leyria”. (2008-2011, 36 oyun, 1 qol), “Trofense” (2010-2011, 8 oyun), Fransada “Nim” (2011-2012, 16 oyun, 1 qol), Bolqarıstanda “Çernomorets” (2012, 15 oyun, 4 qol) klublarının formasını geyinib. O, milli komandada meydana çıxdığı 7 oyunda 1 qol vurub.

Xəbər 824 dəfə oxundu.