“Xəzər Lənkəran” Azərbaycana qayıdıb
Antalya təlim-məşq toplanışını başa vuran “Xəzər Lənkəran” bu gün səhər tezdən Azərbaycana qayıdıb. Bakıda “Modern otel”də məskunlaşan komandaya birgünlük istirahət verilib.

Sabah isə Cənub təmsilçiləri tam tərkibdə Lənkərana yollanaraq orada “İnter”lə fevralın 11-də keçiriləcək oyuna hazırlığını davam edəcək. “Ağ-yaşıllar”ın gündə 2 dəfə məşq keçəcəyi nəzərdə tutulub.

Xəbər 820 dəfə oxundu.