Millidə baş məşqçi dəyişikliyi
19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçi vəzifəsinə namizədlərdən biri kimi Patrisia Qonzaleslə aparılan danışıqlar müsbət nəticələnib. Yığmanın baş məşqçi vəzifəsi Patrisia Qonzalesə həvalə olunub. Hazırda ölkəmizdə olan məşqçi artıq vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Patrisia Qonzales UEFA-nın B, A və PRo məşqçi lisenziyasına malikdir. Madrid şəhərindəki Camilo Jose Cela Universitetini Fiziki Hazırlıq və İdman Elmi ixtisası üzrə bitirib. “Rayo Valekano” klubunun qadınlardan ibarət B komandasının baş məşqçisi, habelə adıçəkilən klubun qadınlardan ibarət bütün yaş qrupları üzrə komandalarının koordinatoru vəzifəsində çalışıb.

Xəbər 830 dəfə oxundu.