Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvləri və əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında Olimpiya oyunlarına hazırlıq işlərində səmərəli fəaliyyətlərinə, habelə idman təhsili və jurnalistikasının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi
və İdman xadimi”
Behbudov Rafiq Qəmbər oğlu
İsayev Xəzər Ağəli oğlu
Quliyev Çingiz Mikayıl oğlu
Novruzov Sucaxan Müseyib oğlu
“Azərbaycan Respublikasının Əməkdar müəllimi”
Muradov Rasim Sədrəddin oğlu
“Azərbaycan Respublikasının Əməkdar jurnalisti”
Fərzəliyev Murad Qoçu oğlu

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 oktyabr 2007-ci il.

Xəbər 959 dəfə oxundu.