Astarada ümumrayon kütləvi idman tədbiri
Fevralın 1-də Astara Olimpiya İdman Kompleksində RİH-in təşkilatçılığı ilə“ 2 fevral Azərbaycan Gənclər günü ” münasibəti ilə ümumrayon kütləvi idman tədbiri keçirilib.

Tədbirdə RİH, RGİİ, RTŞ, RMTŞ, APK, təhsil müəssisələri, YAP Astara rayon gənclər təşkilatı, UGİM-nin idmançıları və məşqçiləri iştirak ediblər. Bu tədbirlərdə ( rəsmi tədbirlərdə 150 nəfər və kütləvi idman tədbirlərində 178 nəfər ) 328 nəfər iştirak ediblər.

Tədbirdə Dövlət himni səslənmiş, ümummilli lider H.Əliyevin və şəhidlərimizin xatirirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə 2012-ci il ərzində rayonun ictimai siyasi və idman sahəsində fərqləndiyinə görə bir qrup gənclər RİH və RGİİ-nin fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunub.

Xəbər 910 dəfə oxundu.